Naxçıvanda istehlak qiymətləri indeksində artım qeydə alınıb

Naxçıvanda istehlak qiymətləri indeksində artım qeydə alınıb

28 Avqust 2025

2025-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında istehlak qiymətləri indeksində artım qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin əldə etdiyi məlumata görə, qiymətlərin yüksəlişi əsasən qida məhsulları, içkilər və tütün məmulatları üzrə daha çox hiss olunub.

Bununla yanaşı, qeyri-qida məhsulları və xidmətlər sahəsində də müəyyən artım müşahidə edilib.

Ümumilikdə, 2025-ci ilin ilk altı ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 107,5 faiz təşkil edib. Bu göstərici qida məhsulları, içkilər və tütün məmulatları üzrə 108,4 faiz, qeyri-qida məhsulları üzrə 107,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 106,3 faiz olub.

Müqayisəli təhlillər göstərir ki, 20242025-ci illərin aylıq göstəricilərində istehlak qiymətləri indeksindəki dəyişikliklər əsasən sabit və mülayim xarakter daşıyıb. Qida məhsulları və xidmətlər üzrə bəzi aylarda qiymət artımları qeydə alınsa da, ümumi tendensiya inflyasiya təzyiqlərinin zəif olduğunu göstərir.

Daxili bazarda qiymət sabitliyinin qorunması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verir və inflyasiya idarəolunan səviyyədə saxlanılır.