Muxtar respublikada sənaye məhsulu istehsalı 14 faiz artıb

Muxtar respublikada sənaye məhsulu istehsalı 14 faiz artıb

22 Avqust 2025

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 297 milyon 565 min 100 manatlıq sənaye məhsulu istehsal edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 14 faiz çoxdur.

Sənaye məhsulunun 246 milyon 698 min 400 manatı və ya 82,9 faizi malların, 50 milyon 866 min 700 manatı və ya 17,1 faizi isə xidmətlərin payına düşüb.