Boş qalan yerlərə ixtisas seçimi başlayır

Boş qalan yerlərə ixtisas seçimi başlayır

28 Avqust 2025

Bu gün Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu yerlərə ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.