
Şəxsin ifadə verməkdən imtina etmək hüququ varmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şəxsin ifadə verməkdən imtina etmək hüququ varmı?
Cavab: Prosessual qanunvericiliyin bir sıra normalarında ifadə verməklə bağlı məcburi göstərişlər nəzərdə tutulsa da, şəxsin bir sıra hallarda susmaq hüququ da mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 66-ci maddasinə əsasən, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlarinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.
Hər bir tutulmuş va ya həbsə alınmış şəxsin ifadə verməmək hüququ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 14.4-cü maddəsində də qeyd olunub. Məcəllənin 20.1-ci maddəsinə görə, heç kəs şəxsən özünün va yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə har hansı təqibə məruz qala bilməz. Həmçinin CPM-in 233.11-ci maddəsində qeyd olunur ki, dindirmə zamanı təqsirləndirilən şəxsin susması onun özünü təqsirli bilməsi kimi qiymətləndirilə bilməz.
Sualı cavablandırdı:Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev