“Hədə-qorxu ilə tələb etmə” cinayəti dedikdə nə başa düşülür? -

“Hədə-qorxu ilə tələb etmə” cinayəti dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

27 Avqust 2025

Sual:  “Hədə-qorxu ilə tələb etmə” cinayəti dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən  hədə-qorxu ilə tələb etmə dedikdə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi   III dərəcəli hüquqşünas - Şahmar Həşimov