Erkən evliliyə daxil olmağa məcbur etmə cinayət qanunvericiliyində hansı əsasları təsbit etmişdir? -

Erkən evliliyə daxil olmağa məcbur etmə cinayət qanunvericiliyində hansı əsasları təsbit etmişdir? - HÜQUQ MƏSLƏHƏTİ

25 Avqust 2025

Sual: Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə cinayət qanunvericiliyində hansı əsasları təsbit etmişdir?

Cavab: Belə ki, Cinayət Məcəlləsində nikaha daxil olmağa məcbur etməni –iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə –üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - Məcəllənin 176-1 və 176-2-ci maddələrində “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

Sualı cavablandırdı:Naxçıvan şəhər prokurorunun böyük köməkçisi  kiçik ədliyyə müşaviri - Elməddin Bağırov