
Yol hərəkətinin təşkilinin texniki vasitələri dedikdə nə başa düşürük? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Yol hərəkətinin təşkilinin texniki vasitələri dedikdə nə başa düşürük?
Cavab: Yol hərəkətinin təşkilinin texniki vasitələri dedikdə – yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.).
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov