Övladlığa götürmənin ləğvi hansı hallarda yolverilməzdir? -

Övladlığa götürmənin ləğvi hansı hallarda yolverilməzdir? - HÜQUQ MƏSLƏHƏTİ

26 Avqust 2025

Sual: Övladlığa götürmənin ləğvi hansı hallarda yolverilməzdir?

Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 135-ci maddəsinə əsasən:

Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə