
Özünü öldürmə həddinə çatdırmağa görə hansı cəzalar müəyyən edilib ? HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikası Cinayət Məcəlləsində özünü öldürmə həddinə çatdırmağa görə hansı cəzalar müəyyən edilmişdir ?
Cavab: Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Nurlan Əhmədli