On dörd yaşlı şəxs  əmək müqaviləsinin tərəfi ola bilərmi? -

On dörd yaşlı şəxs əmək müqaviləsinin tərəfi ola bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

27 Avqust 2025

Sual: On dörd yaşlı şəxs  əmək müqaviləsinin tərəfi ola bilərmi?  

Cavab: Xeyir, Əmək Məcəlləsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.

Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.  

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov