Naxçıvan şəhərində “Sağlam həyat mənim hüququmdur” adlı tədbir keçirilib -

Naxçıvan şəhərində “Sağlam həyat mənim hüququmdur” adlı tədbir keçirilib - FOTO

28 Avqust 2025

Avqustun 28-də   “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionunda “Sağlam həyat mənim hüququmdur” adlı tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edənlər yeniyetmə və gənclərin sağlamlıq hüququnun qorunmasının və onların zərərli vərdişlərdən uzaq olmasının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, yeniyetmə və gənclərin idmana cəlb olunması və asudə vaхtlarının səmərəli təşkili sağlam həyat tərzinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyır. Hər bir şəxs öz sağlamlığının qayğısına qalmalı və onun qorunması üçün həm fərdi, həm də ictimai səviyyədə çalışmalıdır. Çünki, sağlam gələcək sağlam cəmiyyətin üzərində qurulur.

Sonra Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası publik hüquqi şəxsin həkimləri tərəfindən idman təlimlərində iştirak edən şəxslərin sağlamlıq vəziyyəti yoxlanılıb, onlara müvafiq tövsiyələr verilib.