Müəllimlər İnstitutunda Konstitusiya və Suverenlik İlinə həsr olunmuş tədbir keçirilib -

Müəllimlər İnstitutunda Konstitusiya və Suverenlik İlinə həsr olunmuş tədbir keçirilib - FOTO

08 Oktyabr 2025

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşlarının iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifələrini icra edən Elşən Məmmədov tədbiri açaraq mövzunun əhəmiyyətindən danışıb.

Daha sonra Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirib ki, xalqımız tarixin müxtəlif mərhələlərində çətinliklərə baxmayaraq milli kimliyini qoruyub saxlamış, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etməklə dövlətçiliyinin möhkəm əsaslarını yaradıb.

Tədbirdə Ombudsman təsisatının əməkdaşı Nuranə Kərimova və YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli də çıxış edərək Konstitusiyanın qəbulunun ölkəmizin hüquqi dövlət kimi formalaşmasında oynadığı mühüm roldan danışıblar.

Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dövlətin əsasları” filmi nümayiş olunub.