Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 46 % artıb

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 46 % artıb

21 Avqust 2025

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 118,4 milyon manat vəsait yönəldilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"- Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,9 % çoxdur.

7 ay ərzində investisiya qoyuluşunun 88,2 milyon manatı və yaxud 74,5 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 35,2 % çoxdur.