
Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı artır
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2025-ci il avqustun 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 7.995 vahid artaraq 11.054 təşkil edib.