Naxçıvanda Uşaq İncəsənət Festivalının 2-ci seçim turu yekunlaşıb

Naxçıvanda Uşaq İncəsənət Festivalının 2-ci seçim turu yekunlaşıb - FOTO

19 Avqust 2025

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025"in 2-ci seçim turu Naxçıvanda başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək, zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunan festivalda 19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda iştirakçılar istedadlarını nümayiş etdiriblər.

Festivalın bütün mərhələləri uşaqların yaradıcılıq potensialının dəstəklənməsinə və incəsənət ustalarının yeni nəslinin formalaşmasına mühüm töhfə verib.

Xatırladaq ki, Uşaq İncəsənət Festivalına Naxçıvan Muxtar Respublikası üzrə 1000-dən çox namizəd qeydiyyatdan keçib. Bunlardan 15-i kollektiv, 342 nəfəri isə fərdi nominasiyalar üzrə II turda iştirak hüququ qazanmışdı.