
Babək rayonunun bir sıra kəndlərində qaz təchizatı müvəqqəti olmayacaq
100 mm və 159 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar qaz təchizatı Babək rayon Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Yuxarı Buzqov, Aşağı Buzqov və Gərməçataq kəndlərində iyun ayının 25-i saat 09:00 dan müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təbii qazın dayandırıldığı müddət ərzində, qaz cihazlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi sizdən xahiş edirik!