Məcid Seyidov Kəngərlidə vətəndaşları qəbul edəcək

Məcid Seyidov Kəngərlidə vətəndaşları qəbul edəcək

14 İyul 2025

Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və qurumun məsul əməkdaşlarının iştirakı ilə Kəngərli rayonunda vətəndaş qəbulu keçiriləcək. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul 17 iyul saat 11:00-a Kəngərli Rayon İcra Hakimiyyətində olacaq.

Qəbulda iştirak etmək istəyən rayon sakinləri göstərilən əlaqə vasitələri ilə qeydiyyatdan keçə bilərlər.

(036) 545 84 45

(036) 543 00 16

office@nmys.gov.az