
Məleykə Abbaszadə: Yüksək nəticə göstərən əksər abituriyentlərin valideynlərindən biri müəllimdir
Yüksək nəticə göstərən abituriyentlərin böyük əksəriyyətinin valideynlərindən biri müəllimdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, bunu aparılan müşahidələr deməyə əsas verir:
"Həmin valideynlər xüsusilə də riyaziyyat müəllimləri olur".