Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib -

Xocalının Xanyurdu kəndinin sakinlərinə evlərinin açarları verilib - YENİLƏNİB

14 İyul 2025

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün ilk köç karvanı ilə Xocalının Xanyurdu kəndinə köçürülən 122 nəfərdən ibarət 33 ailəyə evlərinin açarı təqdim olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kəndə köçən ailələri təbrik edib, onlara firavan həyat arzulayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə ailələrə evlərinin açarları təqdim edilib və onlar yeni evlərində yerləşiblər.