Mediada başqa bir şəxsə nalayiq ifadələr işlətmək cinayət məsuliyyətinə səbəb ola bilərmi? -

Mediada başqa bir şəxsə nalayiq ifadələr işlətmək cinayət məsuliyyətinə səbəb ola bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

22 May 2025

Sual: Mediada başqa bir şəxsə nalayiq ifadələr işlətmək cinayət məsuliyyətinə səbəb ola bilərmi?

Cavab: Bəli. Belə ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir anlayışına həm də mediada şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma daxildir. Bu isə aşağıdakı cəzalardan birinə səbəb ola bilər:

1) Min manatdan min beş yüz manatadək miqdarda cərimə;

2) İki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər;

3) Bir ilədək müddətə islah işləri;

4) Altı ayadək müddətə azadlıqdan məhrum etmə.

Təhqir cinayəti üzrə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi üçün yalnız zərər çəkmiş şəxsin şikayəti olduğu təqdirdə cinayət məsuliyyətinə səbəb ola bilər.

Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Fərid Orucəliyev