Əczaçılıqla məşğul olmağa görə qanunvericilikdə hansı növ məsuliyyət nəzərdə tutulub?

Əczaçılıqla məşğul olmağa görə qanunvericilikdə hansı növ məsuliyyət nəzərdə tutulub? HÜQUQ MƏSLƏHƏTİ

21 May 2025

Sual: Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə qanunvericilikdə hansı növ məsuliyyət nəzərdə tutulmuşdur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov