Babəkdə fəaliyyət göstərən “Körpü” kafesində ciddi gigiyena pozuntuları aşkarlanıb -

Babəkdə fəaliyyət göstərən “Körpü” kafesində ciddi gigiyena pozuntuları aşkarlanıb - FOTO

21 May 2025

Babək rayonunun Gülşənabad kəndində Zeynalov Məhərrəm Abbasəli oğluna məxsus “Körpü” kafesində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan plandankənar yoxlama zamanı bir sıra normativ pozuntular müəyyən edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı qida obyektində sanitar-gigiyenik qaydalara əməl olunmadığı, istifadə edilən alət və avadanlıqların təmiz saxlanılmadığı, ətin müşayiətedici sənədlərinin təqdim edilmədiyi və mal qonşuluğu prinsipinə riayət olunmadığı məlum olub. Eyni zamanda, obyekt işçilərinin dövri tibbi müayinələrdən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi aşkar edilib.

Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.