Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb -

Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

24 Dekabr 2025

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar aparılır.