Qumar oyunu dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qumar oyunu dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin qeyd hissəsinə əsasən “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.
Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Camal Sadiqov








