Nikah qeydiyyat şöbəsində pozula bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Nikah qeydiyyat şöbəsində pozula bilərmi?
Cavab: Ər-arvadın ikisi də boşanmağa razıdırlarsa və onların ümumi uşaqları yoxdursa, və yaxud uşaqlar 18 yaşına çatıbsa, o halda nikahı pozmaq üçün qeydiyyat şöbəsinə müraciət etmək lazımdır.
Ər-arvadın biri boşanmağa razı olmadığı halda və yaxud onların 18 yaşdan aşağı uşaqları varsa, o halda nikah qeydiyyat şöbəsində pozula bilməz. Nikahın qeydiyyat şöbəsində pozulması üçün hər iki tərəf ərizə ilə qeydiyyat şöbəsinə müraciət etməlidir. Tərəflərdən biri ərizə verməkdən yayınarsa, nikah məhkəmə qaydasında pozulur. 18 yaşa çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda qeydiyyat orqanında aparılır:
ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








