Cinayət qanunvericiliyə əsasən işgəncə nədir? -

Cinayət qanunvericiliyə əsasən işgəncə nədir? - HÜQUQ MƏSLƏHƏTİ

18 Dekabr 2025

Sual: Cinayət qanunvericiliyə əsasən işgəncə nədir?

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinə əsasən “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür.               

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Nəriman Vəliyev