Qazlaşdırılmış obyektin mülkiyyətçisi dəyişdikdə borc necə tənzimlənir? -

Qazlaşdırılmış obyektin mülkiyyətçisi dəyişdikdə borc necə tənzimlənir? - HÜQUQ MƏSLƏHƏTİ

22 Dekabr 2025

Sual: Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçının qaz borcu hansı qaydada nizamlanır?

Cavab: “Qazdan istifadə Qaydaları”na əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə əvvəlki istehlakçı dəyişiklik gününədək qazdan istifadəyə görə yaranmış borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və bu arayışı yeni istehlakçıya təqdim etməlidir.

Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısı üzrə yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 iş günü müddətində yazılı müraciət etməlidir. Müraciət daxil olduqdan sonra 3 iş günü ərzində müqavilə bağlanılır. Mülkiyyətçinin (istifadəçinin) dəyişməsi qazın verilməsinin dayandırılması üçün əsas hesab edilmir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov