Penitensiar Xidmətin rəis müavini: Amnistiya aktı operativ və sürətli icra olunacaq

Penitensiar Xidmətin rəis müavini: Amnistiya aktı operativ və sürətli icra olunacaq

22 Dekabr 2025

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəsissəsində Amnistiya aktının icrası zamanı deyib.

O bildirib ki, bu günə kimi 70 əfv sərəncamı imzalanıb və bununla birgə 13-cü Amnistiya aktı icra olunur:

"Bundan əvvəlki amnistiya aktı 8 noyabr Zəfər günü ilə əlaqədər həyata keçirilib. Bu amnistiya aktına təsir dairəsinə 17 min məhkum düşüb. Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndiriməsinə xidmət edir. Hazırkı Amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq".