Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

22 Dekabr 2025

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu gün Azərbaycana səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Cevdet Yılmazı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.