Naxçıvan idmançıları karate üzrə ölkə çempionatında uğur qazanıb - FOTO
Karate üzrə ölkə çempionatı və birinciliyi keçirilib. Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 1000-ə yaxın karateçi mübarizə aparıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda Naxçıvanı 22 idmançı və 2 məşqçi təmsil edib. Təmsilçilərimiz 1 qızıl, 5 gümüş və 9 bürünc medal qazanıblar.
İdmançılardan Xədicə Bayramova (10–11 yaş, -35 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Kənan Həsənli (12–13 yaş, +55 kq), Fuad Seyidzadə (10–11 yaş, -45 kq), Canər Abbaszadə (16–17 yaş, -75 kq), Nizami Orucov (12–13 yaş, -45 kq) və İlqar Mustafayev (16–17 yaş, -55 kq) gümüş, Əli Həmidov (12–13 yaş, -50 kq), Kənan Yaqub (12–13 yaş, -50 kq), Həsən İbrahimli (12–13 yaş, -45 kq), Məhəmməd Bağırov (+18, -74 kq), Yusif Orucov (10–11 yaş, -30 kq), Saleh Qənbərov (10–11 yaş, -35 kq), Mehdi Mahmudov (10–11 yaş, -35 kq) və Nurəddin Fərzəliyev (8–9 yaş, -26 kq) bürünc medal qazanıblar. Parakarate (WKF) yarışında iştirak edən Azər Məmmədli (16–17 yaş) bürünc medal mükafatçısı olub.
Qeyd edək ki, yarışların nəticələrinə əsasən Azərbaycan Karate Federasiyası 2026-cı il mövsümü üçün milli komandaların tərkibini formalaşdıracaq.













