Güləşçilər arasında muxtar respublika birinciləri məlum olub

Güləşçilər arasında muxtar respublika birinciləri məlum olub - FOTO

20 Dekabr 2025

Naxçıvan şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dekabrın 20-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda 3 yaş kateqoriyasında (2009-2011) 10 çəki dərəcəsi üzrə  80-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.

Nəticələrə əsasən Elşad Əliyev (45 kq), Elmir Seyidov (48 kq), Ələkbər Əsgərov (51 kq), Tuqay Qəhrəmanlı (55 kq), Məhəmməd Hümbətov (60 kq), Polad Əhmədov (65 kq), Hüseyn Rəcəbli (71 kq), Rüzgar Hacıyev (80 kq), Hüseyn Əliyev (92 kq) və İlham Əhmədli (110 kq) yarışın birincisi olublar.

İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov təqdim edib.