Naxçıvanlı idmançılar “Legion Döyüş Liqası”nda 35 medal qazanıb -

Naxçıvanlı idmançılar “Legion Döyüş Liqası”nda 35 medal qazanıb - FOTO

16 Dekabr 2025

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş MMA və qrapplinq idman növləri üzrə yeniyetmələr, gənclər və böyüklər arasında “Legion Döyüş Liqası” turniri keçirilib. Yarışda 42 klubdan 400-dən çox idmançı iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, turnirdə Naxçıvanı “Turan” Döyüş Klubundan 2 məşqçi və 18 idmançı təmsil edib. Klubun idmançıları 22-si qızıl, 13-ü gümüş olmaqla 35 medal qazanıblar. Bu nəticə ilə klub turnirin komanda sırlamasında 1-ci olub.

Tunar Abdullayev (12 yaş, 42 kq), Mahir Səfərov (13 yaş, 38 kq), Əli Əbilov (13 yaş, 42 kq), Hidayət Məmmədzadə (13 yaş, 46 kq), Fərid Əliyev (14 yaş, 57 kq), Qadir İsmayılov (15 yaş, 71 kq), Telman Taverdiyev (15 yaş, +84 kq) hər iki idman növündə birinci olublar. Yaqub Hacıyev (13 yaş, 50 kq), Əbülfəz Cəfərov (14 yaş, 53 kq), Əsgər Heydərov (18 yaş, 66 kq) MMA üzrə, Tunar Hüseynli (14 yaş, 53 kq), Uğur Bağışov (14 yaş, 57 kq), Həmid Əkbərli (14 yaş, 71 kq), Rəhim Quluzadə (15 yaş, 42 kq), Ravil Alməmmədov (16 yaş, 71 kq) isə qrapplinq üzrə qızıl medala sahib çıxıblar. Nurəli Əsgərov (15 yaş, 53 kq), Nurəddin Əliyev (16 yaş, 46 kq) və Əli Əsədli (16 yaş, 66 kq) hər iki növdə gümüş medal qazanıblar.