Naxçıvanlı şahmatçılar Dubayda keçirilən turnirdə iştirak edirlər -

Naxçıvanlı şahmatçılar Dubayda keçirilən turnirdə iştirak edirlər - FOTO

15 Dekabr 2025

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində  "Grandmasters Chess Cup 2025" adlı beynəlxalq turnir keçirilib. Yarışa Azərbaycan daxil olmaqla 9 ölkədən 25 şahmatçı qatılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, ölkəmizi turnirdə təmsil edənlər arasında Naxçıvandan qrossmeyster Urfan Sevdimalıyev, beynəlxalq ustalar Pərviz Qasımov və Toğrul Həsənzadə də var.

Qeyd edək ki, dekabrın 20-de yekunlaşacaq turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir.