Naxçıvanda Vəkillərin İxtisas Komissiyası üzvlərinin sayı artırılır

Naxçıvanda Vəkillərin İxtisas Komissiyası üzvlərinin sayı artırılır

20 Dekabr 2025

Naxçıvanda Vəkillərin İxtisas Komissiyası üzvlərinin sayı artırılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilən plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, İxtisas Komissiyası 3 vəkil, 1 hakim və 1 hüquqşünas alimdən, ümumilikdə isə 5 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.

Layihəyə əsasən, Vəkillərin İxtisas Komissiyası 5 vəkil, 1 hakim və 1 hüquqşünas alimdən, ümumilikdə isə 7 üzvdən ibarət olmaqla fəaliyyət göstərəcək.

Vəkillərin İxtisas Komissiyasının səlahiyyət müddəti 5 il olacaq.