Naxçıvanda “Normativ hüquqi aktlar haqqında” Qanuna dəyişiklik edilib
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qərar Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən qəbul olunub.
Dəyişikliklərə əsasən, Qanunun 4.1.3-cü və 75.0.2.3-cü maddələri ləğv edilib. Eyni zamanda 84-cü maddə üzrə struktur dəyişiklikləri aparılıb, maddənin bəndlərinin nömrələnməsi yenilənib.
Qanuna əlavə edilən yeni 84.2-ci maddəyə görə, 84.1.3-cü maddəyə uyğun olaraq normativ hüquqi akt və ya onun struktur elementi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə, həmin akt və ya struktur elementi onu qəbul etmiş normayaratma orqanı tərəfindən rəsmi şəkildə ləğv ediləcək.
Qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov tərəfindən imzalanıb.








