Meyxanaçı Ağakərim vəfat edib

Meyxanaçı Ağakərim vəfat edib

19 Dekabr 2025

Meyxanaçı Ağa Kərim (Kərim Novruzov) vəfat edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Report"a meyxanaçının sənət dostu Ağamirzə (Ağamirzə Məmmədov) məlumat verib.

Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.