“ENNA” MMC “Dayaq” mükafatı ilə təltif olunub

“ENNA” MMC “Dayaq” mükafatı ilə təltif olunub

19 Dekabr 2025

2025-ci ildə innovativ və müasir biznes yanaşmaları, ixracyönümlü fəaliyyəti və ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrlə fərqlənən “Cahan Şirkətlər Qrupu”na məxsus “ENNA” MMC “Dayaq” mükafatına layiq görülüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesdədir” devizi altında keçirilən mükafatlandırma mərasimində iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərən sahibkarlıq subyektləri qiymətləndirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, biznes assosiasiyalarının üzvləri, sahibkarlar və startap ekosisteminin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, KOBİA tərəfindən təsis edilən “Dayaq” mükafatı sahibkarlığın inkişafını təşviq etmək, innovativ biznes yanaşmalarını cəmiyyətə tanıtmaq və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.