Naxçıvanda kənd təsərrüfatının istehsal həcmi açıqlanıb

Naxçıvanda kənd təsərrüfatının istehsal həcmi açıqlanıb

15 Dekabr 2025

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 344 milyon 361 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsul istehsalı 2,7 % azalıb.

Bunun 190 milyon 588 min 600 manatı bitkiçilik sahəsi üzrə, 153 milyon 772 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olub.