Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin əməkdaşları təltif olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin əməkdaşları təltif olunub

17 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətlərinə görə Məmmədhəsənov Cəfər Vaqif oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

Eyni zamanda, Bağırova Aynurə Əsgər qızı, Bağırova Sona Fərəməz qızı, Qasımova Xədicə İsmayıl qızı, Quliyeva Lətifə Lətif qızı və Quliyeva Solmaz Lətif qızı “Rəşadətli əməyə görə” nişanına layiq görülüblər.