Naxçıvanda Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti 5 il olacaq

Naxçıvanda Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti 5 il olacaq

20 Dekabr 2025

Naxçıvanda Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti 5 il olacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilən plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, barəsində intizam icraatı aparılan vəkillər intizam icraatı zamanı qanunla və Vəkillərin İntizam Komissiyasının Əsasnaməsi ilə təsbit olunan hüquq və vəzifələrə malik olacaqlar.