Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Monteneqronun Xarici İşlər Nazirliyi arasında Konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsini hədəfləyir.








