Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb

Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb

20 Dekabr 2025

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür.