Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikmək istəyir

Türkiyə Ağdamda peşə təhsili müəssisəsi tikmək istəyir

22 Dekabr 2025

Türkiyə tərəfi Ağdamda peşə təhsili müəssisəsinin tikintisi ilə bağlı təşəbbüs irəli sürüb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda bu məsələ gündəlikdə aktualdır:

"Bu sahədə qardaş Türkiyənin təcrübəsinin bizim üçün faydalı olacağına inanırıq".