Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının 24 dekabr tarixdə keçiriləcək səkkizinci iclasının gündəliyi məlum olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
“Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi – üçüncü oxunuş
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi – üçüncü oxunuş
“Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi – ikinci oxunuş
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi
Qeyd edək ki, iclasda müzakirəyə çıxarılacaq məsələlər Muxtar Respublikanın 2026-cı il üçün maliyyə, qanunvericilik və institusional fəaliyyətinin əsas istiqamətlərini əhatə edir.








