Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikməyin məsuliyyəti varmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikməyin məsuliyyəti varmı?
Cavab: Bəli. İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə görə kəd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Şahmar Həşimov








