İnzibati cəriməyə etiraz etmək mümkündürmü? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati xəta ilə bağlı cərimə alan şəxs bu qərara etiraz edə bilərmi?
Cavab: Bəli. Qanunvericiliyə əsasən, mülki və hüquqi şəxslərə inzibati cərimələrə qarşı müdafiə və apellyasiya (müraciət) hüququ verilir. İlk mərhələdə inzibati şikayət verilə, nəticədən razı qalınmadıqda isə məhkəməyə müraciət etmək mümkündür.
İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqları, təqsirsizlik prezumpsiyası, ədalətlilik və qanunçuluq prinsiplərinə əsaslanır. Bu prinsiplərə görə, hər bir şəxs günahı sübuta yetirilməyənədək özünü günahkar hesab etmədən hüquqlarını müdafiə etmək və müvafiq sübutlar təqdim etmək hüququna malikdir.
Sualı cavablandırdı: Ordubad rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas - Tuncay Əsgərli








