Zəmanətli malda qüsur aşkar edildikdə satıcının öhdəlikləri...

Zəmanətli malda qüsur aşkar edildikdə satıcının öhdəlikləri... HÜQUQ MƏSLƏHƏTİ

19 Dekabr 2025

Sual: Zəmanətlə alınan malda qüsur aşkar edildikdə satıcının hansı öhdəlikləri var?

Cavab: Azərbaycan Respublikasının istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyinə əsasən, zəmanət müddəti ərzində malda qüsur aşkar edildikdə satıcı aşağıdakı öhdəlikləri daşıyır:

malı pulsuz təmir etdirməyə,

eyni markalı və keyfiyyətli yeni malla əvəz etməyə,

malın qiymətində mütənasib endirim etməyə,

qüsur aradan qaldırıla bilmədikdə və ya təkrarlandıqda ödənişin tam şəkildə geri qaytarılmasını təmin etməyə borcludur.

Qeyd olunmalıdır ki, qüsur istehlakçının təqsiri üzündən yaranmayıbsa, satıcı bu tələbləri yerinə yetirməkdən imtina edə bilməz.

Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli