Polis işçisinin qanuni tələbinə tabe olmama hansı halda inzibati məsuliyyətə səbəb olur? -

Polis işçisinin qanuni tələbinə tabe olmama hansı halda inzibati məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

17 Dekabr 2025

Sual: Polis işçisinin qanuni tələbinə tabe olmama hansı halda inzibati məsuliyyətə səbəb olur?

Cavab: Polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən həmin inzibati xətanı törətmiş fiziki şəxslər barəsində iki yüz manat məbləğində cərimə tənbeh növü tətbiq edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tənbeh növü tətbiq olunur.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimli