Miras məcburi pay dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Miras məcburi pay dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








