Naxçıvanda 19 dövlət qurumu mühafizə olunan AzsateNet dövlət internet xidmətindən istifadəyə başlayıb

Naxçıvanda 19 dövlət qurumu mühafizə olunan AzsateNet dövlət internet xidmətindən istifadəyə başlayıb

23 Dekabr 2025

Muxtar respublika ərazisində Azstatenet şəbəkəsinin genişləndirilməsi məqsədilə ümummillikdə 43 min 500 metr xüsusi rabitə xətləri çəkilib, xüsusi radiorabitə şəbəkəsinin təmin edilməsi məqsədilə 12 bazastansiya quraşdırılıb, daha öncə təhlükəsizlik tələblərinə cavab verməyən 47 dövlət informasiya resursu yenilənərək Xidmətin data mərkəzində saxlanılması təmin edilib, 19 dövlət qurumu mühafizə olunan AzsateNet dövlət internet xidmətindən istifadəyə başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  verir ki, bu sözləri Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenat İlqar Musayev Naxçıvanda keçirilən “Dövlət qurumlarının inormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında faəliyyət göstərən dövlət informasiya sistemləri üzrə ümumilikdə 51 audit yoxlama tədbirləri həyata keçirilib ki, onun da 6-sı bu ilin payına düşür: "Qeyd edilən statistika göstərir ki, həyata keçirilən işlər hələki burada fəaliyyət göstərən bütün qurumları tam əhatə etmir. Bu gün burada toplaşmağımızın əsas məqsədlərindən biri mövcud çatışmazlıqlarla yerində tanış olmaq, problemləri öyrənmək və informasiya təhlükəsizliyinin təmin olunması üçün Naxçıvan Muxtar Respublikası dövlət qurumlarına mümkün dəstəyi göstərməkdir".

"Bildiyiniz kimi, Xidmət 24/7 rejimində nəzarət perimetrinə aid dövlət informasiya ehtiyatlarını monitorinq edir, eyni zamanda baş verən kiberhücumların vektorlarını və məqsədlərini mütəmadi olaraq təhlil edir. Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin siyasi və diplomatik uğurları bəzi ölkələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır və bu hal artıq kiberhücumların istiqamət və məqsədlərində də özünü göstərməkdədir.

Son dövrlərdə dövlət qurumlarına qarşı siyasi motivli kiberhücumların sayı artmışdır. Bu hücumların əsas hədəfi bir çox hallarda birbaşa informasiya sistemləri deyil, informasiya daşıyıcıları olan insan faktorudur. Hazırda bu istiqamətdə aparılmış təhlillər əsasında xüsusi hesabat hazırlanmış və ali rəhbərliyə təqdim edilib"- deyə İlqar Musayev əlavə edib.